Azərbaycan əsgəri Xankəndidən sonra Əsgəranda:   Sərbəst gəzir, alver edirlər...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan əsgəri Xankəndidən sonra Əsgəranda: Sərbəst gəzir, alver edirlər...

Hadisə

08 Dekabr 2020 18:59 5179


Azərbaycan əsgəri Əsgəranın mərkəzində sərbəst hərəkət edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Əsgəran “icmasının rəhbəri” Hayk Şmiryan deyib.

Onun sözlərinə görə, Azərbaycan əsgərləri Əsgəran mərkəzindən bir kilometr kənardadır: “Onlar mərkəzdə mağazalara gəlir, sərbəst şəkildə alver edir”. Marqarita pizza

Qeyd edək ki, Əsgəran Xocalının qəsəbəsidir. Ermənilər Əsgərana şəhər desələr də, Azərbaycanın inzibati ərazi bölgüsündə bu adda şəhər yoxdur. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibində Əsgəran rayonu mövcud olub, lakin bu rayon 1991-ci ilin 26 noyabrında ləğv edilərək, Xocalı rayonunun tərkibinə verilib.

Bundan əvvəl ermənilər Azərbaycan əsgərinin Xankəndidə sərbəst gəzdiyi, mağazalardan alver etdiyi haqda məlumatlar yaymışdı.

Ermənilər bunu təəccüblə dilə gətirsələr də, burada qeyri-adi heç nə yoxdur. Çünki Azərbaycanın ərazi bütövlüyü bərpa olunub və adıçəkilən ərazilərdə ermənilər yaşasa da, Azərbaycana məxsusdur.  /Publika.az




Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!