“Azərbaycan əsgərləri Xankəndidə bizi ələ salırlar“   - Tiqran Abrahamyan

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan əsgərləri Xankəndidə bizi ələ salırlar“ - Tiqran Abrahamyan

Maraqlı

04 Dekabr 2020 14:35 1735


“Azərbaycan hərbçiləri çox rahat şəkildə Stepanakertdə (Xankəndi) dolaşırlar”.

Yenisabah.az xəbər verir ki, bu sözləri “Enaket” analitik mərkəzin rəhbəri, separatçı rejimin tanınmış simalarından olan Tiqran Abrahamyan sosial şəbəkədə yazıb.

O qeyd edib ki, Azərbaycan hərbçiləri Xankəndidə mağazalarda rahat şəkildə ticarət edirlər. “Doğrudur, bu Rusiya sülhməramlılarının müşayiəti altında baş verir. Amma mahiyyət dəyişmir”, - deyə o əlavə edib. pizza

Daha sonra Tiqran Abrahamyan Ermənistan Baş naziri Nikol Paşinyanı itiham edib.

“Nikol Paşinyan, heç olmasa azacıq da olsa vicdanın varmı? İmzaladığın sənədin nəticəsində Azərbaycanlı əsgərləri bizi Xankəndində ələ salırlar. Nikol, sən şərəf və ləqayətin nə olduğunu bilmirsən”, - deyə o vurğulayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!