Azərbaycan ət idxalını iki dəfə azaldıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ət idxalını iki dəfə azaldıb

İqtisadiyyat

20 Fevral 2021 17:12 748


2021-ci ilin yanvar ayında Azərbaycan 4,3 milyon ABŞ dolları dəyərində 2,3 min ton ət idxal edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda qeyd edilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı 2,3 min ton azdır. Bu da idxalın 3,1 milyon dollar azalması deməkdir.  Dördpendirli pizza

2021-ci ilin yanvar ayında Azərbaycan 794 min dollar dəyərində 548 ton süd idxal edib.

Ötən ilin eyni dövründə isə 953 min dollar dəyərində 574 ton süd idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 159 min dollar azdır.

Bu ilin yanvar ayında Azərbaycan 5 milyon 365 min ABŞ dolları dəyərində 1 070 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

Ötən ilin eyni dövründə 4 milyon 966 min dollar dəyərində 1 007 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!