Azərbaycan Fransanın “humanitar yükü”nü Laçından buraxmadı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Fransanın “humanitar yükü”nü Laçından buraxmadı

Hadisə

30 Avqust 2023 21:19 4899


Məlum olduğu kimi, Fransa Azərbaycana qarşı növbəti dəfə təxribata əl ataraq Qarabağa “humanitar yük” göndərib.

“Qafqazinfo”nun məlumatına görə, Azərbaycan tərəfi ilə razılaşdırılmayan bu addımın qarşısı Laçın sərhəd-buraxılış məntəqəsində alınıb.

Nəticədə Fransanın “humanitar yükü” Azərbaycan ərazisinə buraxılmayıb.  pizza

Məsələ burasındadır ki, Azərbaycanın hər hansı bölgəsində humanitar böhran yaşanmır və bununla bağlı heç bir ölkəyə müraciət də olunmayıb.

Qeyd edək ki, bu gün Parisin meri Ann İdalqonun və Strasburq meri Janna Barseqyanın müşayiəti ilə İrəvandan “humanitar yük”lə dolu 10 maşın Laçın sərhədinə gəlib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!