Azərbaycan futbolunda yeni rekord

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan futbolunda yeni rekord

İdman

29 Yanvar 2024 10:01 920


“Qarabağ” Misli Premyer Liqasının 2023/24 mövsümündə 50-ci qolunu vurub. 

Yenisabah.az xəbər verir ki, bu, 20-ci turun “Kəpəz”lə səfər matçına (2:1) təsadüf edib. Ağdam klubunun yubiley qoluna Toral Bayramov imza atıb. 

“Qarabağ” ölkə çempionatları tarixində 15-ci dəfə mövsüm ərzində 50 və ya daha çox qol vurub. Bu, yarışın yeni rekordudur. Bölgə təmsilçisi 14 dəfə “50”yə çatan “Neftçi”ni arxada qoyub.  Pepperoni pizza

Ümumilikdə isə çempionatın 32 illik tarixində 62-ci dəfə komandalardan biri buna nail olub. İndiyədək 17 klub belə məhsuldarlıq göstərib: “Qarabağ” – 15, “Neftçi” – 14, “Kəpəz” - 7, “Şamaxı” – 4, “Bakı”, “Turan”, “Şəmkir” – 3, “Karvan”, “Xəzər” S, “Xəzər Lənkəran” – 2, “Şüvəlan”, “Azəri”, “İnşaatçı” B, “Kürmük”, “Viləş”, “Sabah” və “Xəzri” – 1.(pfl.az) 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!