Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində son oyununu keçirib.
Yenisabah.az xəbər verir ki, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşıb.
Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutan görüş meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb - 3:0. Bu nəticə ilə Niderland 9 xalla qrupu ikinci pillədə başa vurub və pley-offa vəsiqə əldə edib. pizza mizza
Yığmamız isə hesabındakı dörd xalla sonuncu yeri tutub.
Qrupun digər matçında Qazaxıstan səfərdə Rumıniyanı 2:0 hesabı ilə məğlub edib.
Telegram kanalımız