Azərbaycan futzal millisi Qazaxıstana məğlub oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan futzal millisi Qazaxıstana məğlub oldu

İdman

06 Oktyabr 2023 22:13 515


Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, yığma III turda yer aldığı A qrupunun favoriti Qazaxıstanla qarşılaşıb.

Bakı İdman Sarayında baş tutan görüşün birinci hissəsi Vitali Borisovun yetirmələrinin üstünlüyü ilə yekunlaşıb. Hadi Ahmadinin 12-ci dəqiqədə vurduğu qol sayəsində millimiz fasiləyə 1:0 hesabı ilə öndə yollanıb. Pepperoni pizza

Qonaqlar ikinci hissənin əvvəllərində bərabərlik topunu vurublar. 23-cü dəqiqədə Birjan Orozov hesabı bərabərləşdirib. Bir qədər sonra qonaqlar önə keçiblər. Bu dəfə 27-ci dəqiqədə Duqlas Junior adını tabloya yazdırıb. Qazaxıstanlılar 36-cı dəqiqədə fərqi iki topa çatdırıblar. Dauren Tursaqulov qapının boş olmasından məharətlə yararlanıb.

39-cu dəqiqədə Edson komandasının 4-cü qolunu vurub. Qarşılaşmada son nöqtəni 40-cı dəqiqədə yığmamızın heyətində Maneka qoyub. Beləliklə, Azərbaycan millisi doğma meydanında rəqibinə 2:4 hesabı ilə məğlub olub.

Qeyd edək ki, qrupda növbəti turun oyunları oktyabrın 11-də keçiriləcək. Həmin gün bu komandalar Astanada üz-üzə gələcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!