Azərbaycan futzal millisinin heyətində dəyişiklik edildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan futzal millisinin heyətində dəyişiklik edildi

İdman

17 Dekabr 2023 23:00 1173


DÇ-2024-ün elit raundunda Niderlandla qarşılaşacaq futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

"Report" xəbər verir ki, Emil Həsənzadə və Rumıniya ilə görüşdə (5:5) zədələnən Amadeu səfərə aparılmayacaq.

Baş məşqçi Vitali Borisov onların əvəzində “Neftçi”dən Mirzə Əmirov və karyerasını Belçikanın RSCA klubunda davam etdirən Eduardo Borgesə dəvət göndərib. pizza hut

Millinin Niderlandla oyun üçün heyəti belədir: Rövşən Hüseynli, Emin Kürdov, Ülvi Əliyev, Rafael Vilela, Nihad İsmayılov, Eduardo Borges, Fərid Atakişiyev, Xəzər Ağalızadə, Novruz Kazıxanov, Amir Sojaei, Oktay Rüstəmli, Hadi Ahmadi, Tofiq Mikayılov, Mirzə Əmirov.

Qeyd edək ki, Niderland – Azərbaycan oyunu dekabrın 20-də keçiriləcək. Yığmamız son tur ərəfəsində 4 xalla A qrupunda axırıncı pillədə qərarlaşıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!