Azərbaycan gimnastları Portuqaliyada 8 medal qazandılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan gimnastları Portuqaliyada 8 medal qazandılar

İdman

14 İyul 2024 16:49 747


Azərbaycan gimnastları Portuqaliyanın Santarem şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə “Scalabis Cup” beynəlxalq turnirində 6 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Məlumata görə, tamblinq üzrə yarışda Adil Hacızadə və Aleksey Karataşov qızıl, Tofiq Əliyev isə gümüş medal qazanıb. Pepperoni pizza

Tofiq Əliyev, Adil Hacızadə və Bilal Qurbanov komanda hesabında da qızıl medala yiyələniblər.

Batut və ikili mini-batut gimnastikası üzrə Hüseyn Abbasov (2) və Ammar Baxşalıyev qızıl, Nicat Mirzəyev isə bürünc medal qazanıb.

Qeyd edək ki, “Scalabis Cup” iyulun 11-dən 13-dək keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!