Azərbaycan gömrükçülərinin Gorus-Qafan yolundan topladıqları rüsumun məbləği açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan gömrükçülərinin Gorus-Qafan yolundan topladıqları rüsumun məbləği açıqlandı

Rəsmi

23 Fevral 2022 23:26 609


Azərbaycan 2021-ci il noyabrın 10-dan 2022-ci il yanvarın 20-dək Sünikdə Gorus-Qafan avtomobil yolunda iranlı sürücülərdən 100 min dollardan çox rüsum toplayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. 

Məlumata görə, iranlı sürücülərin 5%-i Gorus-Qafan yolunda Azərbaycana rüsum ödəyir.  Dominos pizza

Ermənistanın Dövlət Gəlirləri Komitəsi magistral yoldan keçən yük maşınlarının sayı barədə dəqiq məlumat verib.

Bildirilir ki, 2021-ci ilin dekabrında İrandan Ermənistana daxil olan yük maşınlarının 5,04%-i Gorus-Qafan avtomobil yolundan keçib.

Ümumilikdə, 2021-ci il noyabrın 10-dan (Azərbaycanın gömrük məntəqələrinin yaradıldığı vaxt) 2022-ci il yanvarın 20-dək magistral yoldan 536 yük avtomobili keçib. 

“Azərbaycanllılar hər maşından (yükdən asılı olaraq) 130-280 dollar rüsum tələb ediblər. Orta hesabla azərbaycanlıların yığdıqları rüsumların məbləği 107 200 dollar (bir avtomobil üçün 200 dollar) ola bilər”, - deyə qeyd edilir./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!