Azərbaycan Gorus-Qafan yolunda post qurub   - DİN-dən AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Rəsmi

11 Sentyabr 2021 17:30 2987


Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Marqarita pizza

Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-ın sorğusuna cavab olaraq bilidirib ki, işğaldan azad edilmiş bütün şəhər və rayonlarımızın ərazisində olduğu kimi Qubadlı rayonunun inzibati ərazisində də daxili işlər orqanlarının əməkdaşları öz xidməti vəzifələrini layiqincə yerinə yetirirlər:

“Xidmətin daha səmərəli təşkili üçün məqsədəmüvafiq bilinən yerlərdə polis postları təyin olunur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!