Azərbaycan güləşçiləri Astanada beynəlxalq turnirdə iştirak edəcəklər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan güləşçiləri Astanada beynəlxalq turnirdə iştirak edəcəklər

İdman

07 Mart 2024 23:10 929


Martın 11-dən 13-dək Qazaxıstanın paytaxtı Astanada gənc yunan-Roma güləşçiləri arasında Jaksılık Uşkempirov turniri keçiriləcək.

Yenisabah.az xəbər verir ki, yarışda Azərbaycan pəhləvanları da mübarizə aparacaq.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi altında Hüseyn Savadov (55 kq), Tural Əhmədov, Rəhman Kərimov (hər ikisi 60 kq), Məhəmməd Şükürzadə, Fərid Baxışlı (hər ikisi 63 kq), Fərid Xəlilov, Təvəkgül Həziyev, Fəraim Mustafayev (hamısı 67 kq), Ruslan Nurullayev, Faiq Səfərli, Kamran Rəcəbli (hamısı 72 kq), Davud Məmmədov, Kənan Abdullazadə (hər ikisi 77 kq), İsmayıl Rzayev (82 kq), Əli Quliyev, Cocu Səmədov (hər ikisi 87 kq) və Məzaim Mərdanov (130 kq) fəxri kürsüdə yer almağa çalışacaqlar. pizza sifarişi

Ənənəvi turnirdə beynəlxalq dərəcəli hakimlər Xəyal Əliyev və Kənan Hacıəliyev ədaləti qoruyacaqlar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!