Azərbaycan güləşçiləri Astanada daha səkkiz medal qazandılar - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan güləşçiləri Astanada daha səkkiz medal qazandılar - Fotolar

İdman

18 May 2023 18:14 990


Astanada Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) keçirilən beynəlxalq turnirə yekun vurulub.

Yenisabah.az xəbər verir ki, memorialın son günündə güləşçilərimiz 8 medal qazanıb.

İlkin Qurbanov (60 kq) və Kənan Abdullazadə (67 kq) çempion olub. Əli Quliyevlə (87 kq) Məzaim Mərdanov (130 kq) gümüş, Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi 77 kq) və Etibar Rzayev (87 kq) isə bürünc medal əldə edib. Toyuqlu pizza

Bir gün öncə isə Ruslan Nurullayev (72 kq) 1-ci, İsmayıl Rzayev (82 kq) 2-ci, Fərid Sadıxlı (55 kq) isə 3-cü yeri tutub.

Qeyd edək ki, ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Əli Babayev ədaləti qoruyub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!