Azərbaycanın güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında bir qızıl və bir gümüş medal qazanıblar.
Yenisabah.a.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda deyilir: Pepperoni pizza
"Vasif Bağırov (57 kq) finalda rusiyalı Lev Pavlovla qarşılaşıb. Həlledici görüş xala-xal prinsipi ilə keçib. Güləşçi uzun müddət hesabda öndə olsa da, qarşılaşmanın sonlarına yaxın təşəbbüsü əldən verib. Yekunda 6:8 hesabı ilə məğlub olan Bağırov gümüş medalla kifayətlənib.
Nurudin Maqomedqadjiyev (79 kq) təsəlliverici görüşdə litvalı Paulius Leskauskasa 4:7 hesabı ilə məğlub olub.
Xetaq Karsanov (97 kq) isə finalda rusiyalı Şaxman Nuxayevlə üz-üzə gəlib. Nəfəskəsən mübarizədə əzmkar (5:4) qələbə qazanan Karsanov Avropa çempionu olub".
Telegram kanalımız