Azərbaycan güləşçiləri Avropa çempionatını 8 medalla başa vurdu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan güləşçiləri Avropa çempionatını 8 medalla başa vurdu

İdman

25 Aprel 2021 23:12 922


Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı başa çatıb.

Yenisabah.az xəbər verir ki, sonuncu - yeddinci yarış günündə yunan-Roma güləşi üzrə Azərbaycan millisinin 2 üzvü həlledici görüşə çıxıb. 

Onların heç biri ümidləri doğrultmayıb. Namaz Rüstəmov (67 kq) təsəlliverici qarşılaşmada Zaur Kabaloyevlə (İtaliya) bacarmayıb. 2:1 öndə olan həmyerlimiz son saniyədə qələbəni əldən verərək mübarizəni dayandırıb. Pepperoni pizza

Zamir Məhəmmədov (97 kq) isə bürünc medal görüşündə Nikalay Staduba (Belarus) uduzaraq, yarışı 5-ci pillədə bitirib. 

Beləliklə, Azərbaycan yığması Avropa çempionatını 8 medalla başa vurub. Qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq) çempion tituluna yiyələnib. Sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Yunan-Roma güləş üzrə komandamızın heyətində isə Taleh Məmmədov (63 kq) 2-ci, Eldəniz Əzizli (55 kq) ilə Sənan Süleymanov (77 kq) üçüncü yeri tutub. /Apasport


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!