Azərbaycan güləşçiləri dünya çempionatında daha 2 bürünc medal qazandılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan güləşçiləri dünya çempionatında daha 2 bürünc medal qazandılar

İdman

18 Avqust 2021 20:42 1209


Rusiyanın Ufa şəhərində gənc güləşçilərin dünya çempionatı davam edir.

Yenisabah.az xəbər verir ki, üçüncü yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər mükafatçıları müəyyənləşdirib.

Azərbaycan yığmasının təmsilçiləri 4 medal qarşılaşmasına çıxıb. pizza sifarişi

61 kq-da mübarizə aparan Əbülfəz Nəsirov rusiyalı Fyodor Baltuyevə uduzub - 3:14. Məğlub olan güləşçimiz 5-ci yeri tutub.

74 kq-da Turan Bayramov üçüncülük mübarizəsinə çıxıb. Tokio-2020 Yay Olimpiya Oyunlarının uğursuzu bu dəfə İdar Xatanov (Rusiya) üzərində 2:1 hesablı qələbə ilə bürünc medala yiyələnib.

Saqadulla Ağayev (86 kq) bürünc medal görüşündə türkiyəli Emre Çiftçi ilə qarşılaşıb. Təmsilmiz sonuncu xal prinsipinə əsasən (3:3) qalib gələrək dünya üçüncüsü olub.

Bürünc medal görüşünə çıxan Aydın Əhmədovun (125 kq) rəqibi Kumar Anirud (Hindistan) olub. O, 2:7 hesabı ilə uduzub.

Beləliklə, sərbəst güləşçilərimiz mundialı 3 gümüş və 2 bürünc medalla başa vurub.

Qeyd edək ki, dünya çempionatında bu gün qadın güləşçilərin mübarizəsinə start verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!