Azərbaycan güləşçiləri dünya çempionatında üçüncü yeri tutdular

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan güləşçiləri dünya çempionatında üçüncü yeri tutdular

İdman

21 Avqust 2024 23:30 495


İordaniyanın Amman şəhərində keçirilən U-17 dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri üçüncü yerə çıxıblar.

Yenisabah.az xəbər verir ki, böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında dünya çempionatında iştirak edən komandamız 3 medal qazanıb.

Turan Daşdəmirov (51 kq) və Ayxan Cavadov (60 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu olublar. Əmrah Əmrahov (48 kq) isə bürünc medal əldə edib. Dördpendirli pizza

Yekunda 105 xal toplayan millimiz komanda hesabında dünya üçüncüsü olub. İran (140) birinci, Özbəkistan (113) isə ikinci yeri tutub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!