Azərbaycan güləşçiləri Kiyevdən 6 medalla qayıdır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan güləşçiləri Kiyevdən 6 medalla qayıdır

İdman

28 Fevral 2021 17:14 1308


Azərbaycan güləşçiləri Kiyevdə Ukraynanın tanınmış məşqçi və güləşçilərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə 6 medal qazanıb.

Yenisabah.az xəbər verir ki, sərbəst güləş yığması Bakıya 2 qızıl, 1 gümüş və 2 bürünc, qadınlardan ibarət milli komanda isə 1 bürünc medalla qayıdır.

Sonuncu yarış günündə sərbəst güləşçilərdən Əhmədnəbi Qvarzatilov (61 kq) yerli pəhləvan Andrey Celepi 7:2 hesabı ilə yenərək, qızıl medala sahib olub. Əvəzində həlledici qarşılaşmada özbəkistanlı İlyas Bekbulatova 0:5 hesabı ilə uduzan Cəbrayıl Hacıyev (70 kq) gümüş medalla kifayətlənib. Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə moldovalı Samhan Cəbrayılovu 8:4 hesabı ilə məğlub edən Vahid Qalayev qazanıb. pizza sifarişi

Qeyd edək ki, ötən gün 65 kq çəki dərəcəsində iki sərbəst güləşçidən Əli Rəhimzadə qızıl, Turan Bayramov bürünc medala yiyələnib. Qadın güləşində yeganə bürünc medala isə Türkan Nəsirova (50 kq) sahib olub.  /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!