Azərbaycan güləşçisi Avropa çempionatında gümüş medal qazandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan güləşçisi Avropa çempionatında gümüş medal qazandı

İdman

18 Aprel 2023 23:30 839


Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında bu gün daha bir sərbəst güləşçimiz final görüşünə çıxıb.

Yenisabah.az xəbər verir ki, günün son medalını Maqomedxan Maqomedov qazanıb.

Milliləşdirilən güləşçi 97 kq çəki dərəcəsində gürcüstanlı Givi Matçaraşvili ilə üz-üzə gəlib. Azərbaycan təmsilçisi öndə olsa da, son saniyələrdə üstünlüyü əldən verərək, 3:4 hesabı ilə məğlub olub və ikinci yeri tutub. Dördpendirli pizza

Maqomedova qədər Zaqrebdəki yarışda millinin digər üzvləri Əliabbas Rzazadə (57 kq) karyerasında birinci, Hacı Əliyev (70 kq) isə dördüncü dəfə qitə birinciliyinin qalibi olub. Əli Rəhimzadə (65 kq) bürünc medal görüşündə uduzub, Səbuhi Əmiraslanov (79 kq) isə zədə səbəbindən üçüncü yer uğrunda qarşılaşmaya çıxmadığı üçün mükafatçılar sırasına düşə bilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!