Azərbaycanın Yunan-Roma güləşçisi Ruslan Nurullayev (72 kq) İspaniyanın Pontevedra şəhərində keçirilən U-20 dünya çempionatında bürünc medal qazanıb.
Yenisabah.az xəbər verir ki, gənc güləşçi üçüncü yer uğrunda mübarizədə çinli Venhao Hu üzərində qələbə qazanıb.
Təmsilçimiz 6:5 hesabı ilə qalib gəlib. Toyuqlu pizza
Beləliklə, yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının üzvləri dünya çempionatını 1 gümüş və 1 bürünc medalla başa vurublar. Bundan əvvəl Cocu Səmədov (87 kq) dünya çempionatının gümüş medalını qazanıb.
Telegram kanalımız