“Azərbaycan güləşçisi finalda çox yaxşı mübarizə apardı” - Dünya çempionu

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan güləşçisi finalda çox yaxşı mübarizə apardı” - Dünya çempionu

İdman

11 Oktyabr 2021 23:25 829


"Finaldakı rəqibim gənc və perspektivli idmançı idi. Artıq bir dəfə Avropa çempionu olub. Çox yaxşı mübarizə apardı".

Yenisabah.az xəbər verir ki, bunu Rusiyanın yunan-Roma güləşçisi Roman Vlasov Norveçin paytaxtı Oslodakı dünya çempionatının finalında Azərbaycan təmsilçisi Sənan Süleymanovla görüşü barədə "İzvestiya" nəşrinə müsahibəsində deyib.

77 kq-da mübarizə aparan idmançı 2:1 hesabı ilə qələbə qazandığı həlledici qarşılaşmanın asan keçmədiyini bildirib: "Görüşə fərqli hazırlaşmışdım. Düşünürdüm ki, xalça üzərinə çıxıb öz fəndlərimi tətbiq edəcək və qalib gələcəyəm. Amma rəqib cəmi 1 xal verdi. Xoşbəxtlikdən daha 1 xal götürdüm və bunu qoruya bildim. Rəqibin itiriləsi heç nəyi yox idi. Mübarizənin sonunda çox yoruldum, hətta uduzacağımı düşündüm". Dominos pizza

Qeyd edək ki, finalda uduzan Sənan Süleymanov gümüş medalla kifayətlənib./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!