Azərbaycan güləşçisi Paris Olimpiadasının   YARIMFİNALINDA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan güləşçisi Paris Olimpiadasının YARIMFİNALINDA

İdman

09 Avqust 2024 16:10 674


Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünü keçirib. 

Yenisabah.az xəbər verir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu raundda monqolustanlı Muktur Laqvagerellə üz-üzə gəlib. 

Rəqibini “tuş”la (tam üstünlük) məğlub edən güləşçimiz yarımfinala yüksəlib. Finala gedən yolda onun rəqibi Robert Baran (Polşa) - Geno Petriaşvili (Gürcüstan) cütünün qalibi olacaq.  Dördpendirli pizza

Bu gün mübarizəyə qoşulan digər sərbəst güləşçimiz Turan Bayramov (74 kiloqram) isə ilk görüşündə albaniyalı Çermen Vəliyevə uduzub. Rəqib finala çıxsa, idmançımız bürünc medal uğrunda təsəlliverici görüşə qatılacaq. 

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) bürünc medala sahib çıxıblar. Boksçu Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!