Azərbaycan-Gürcüstan sərhədində insdent - Bir nəfər saxlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Gürcüstan sərhədində insdent - Bir nəfər saxlanıldı 

Hadisə

09 Yanvar 2024 14:14 374


Yanvar ayının 8-də saat 15:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin Ağstafa rayonunun Sadıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Pakistan İslam Respublikası vətəndaşı 1999-cu il təvəllüdlü Süleyman Javed Masıh saxlanılıb. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.  Sezar pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!