“Azərbaycan Gürcüstana həmişə kömək edib, amma…”   - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan Gürcüstana həmişə kömək edib, amma…” - Politoloq

Siyasət

04 İyun 2020 13:38 904


“Son günlər Gürcüstanda azərbaycanlılara qarşı müəyyən təxribatlar həyata keçirilir. Azərbaycanlıların yaşadığı Kvemo-Kartili regionunda etnik və dini müstəvidə gürcü ruhanilərinin qızışdırıcı bəyanatlarına rast gəlirik. Bundan əlavə, "Keçikdağ" məbəd kompleksində gürcülər tərəfdən yeni provakasiyaların olacağı vurğulanır. Gürcüstanda baş verən bu proseslərdə müəyyən qüvvələr var ki, onlar iki ölkə arasında əlaqələrə zərbə vurmağa çalışır”.

Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, burada Gürcüstan hakimiyyətində təmsil olunaların da müəyyən rolu var: “Bidzina İvanişvilinin kölgəsində olan hakimiyyət Azərbaycanla əlaqələrdə yeni problemlər axtarır. Bu gün Azərbaycanla Gürcüstan enerji və nəqliyyat layihələri reallaşdırıb. Qərbin regionda əsas partnyorlarıdı və birgə iş sahəsində yeni bir mərhələ formalaşdırıblar. Belə olan xüsusda, bu kimi təxribatların baş verməsi regionda siyasi təşəbbüslərə zərbə vurmaqdır. Bu ölkədə azərbaycanlılara qarşı təxribatların arxasında Gürcüstan prezidenti S.Zuarabaşvili və B.İvanaşvilinin komandası dayanır. Həmçinin Moskva tərəfindən idarə olunan bəzi azərbaycanlılarında rolu burada istisna deyil”. 

Ekspert qeyd edib ki, azərbaycanlıların kompakt yaşadığı ərazilərdə bəzi gürcü ruhanilərinin və rəsmilərinin təxribatları Gürcüstanda daxili vəziyyəti mürəkkəbləşdirəcək: “Gürcüstan hakimiyyətinin apardığı siyasət ölkədə dini və etnik zəmində problemlərə yol açır və bu da regionda Rusiyanın maraqlarının təmin olunmasına gətirir. Rəsmi Tiflisin Azərbaycanla problemlər axtarması, özü üçün ciddi problemlərin başlanmasına gətirə bilər. Azərbaycan dost və qonşu, strateji tərəfdaş Gürcüstana daima dəstək olub. Amma Gürcüstan hakimiyyətinin son illərdə dost olmayan siyasətinin şahidi oluruq. Bu siyasət iki xalq arasında problemlər səviyyəsinə qaldırmasında rəsmi Tiflis məsuliyyət daşıyır. Azərbaycan hakimiyyəti, xüsusi ilə prezident İlham Əliyev daima Gürcüstana dəstək verib. Məhz bu gün də bütün parametrlərlə siyasi-iqtisadi dəstək davam edir. 2008-ci il avqust müharibəsində Rusiyanın təzyiqlərinə rəğmən Azərbaycan Gürcüstana maliyyə və hərtərəfli yardım etdi. Yaxşı olardı ki, rəsmi Tiflis özü tərəfindən idarə etdiyi müəyyən qüvvələrin maraqlarına uyğun olan bu siyasətə son versin”. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!