Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu (ADDF) sentyabrın 27-də Gürcüstanda Qabal çayının daşması nəticəsində zərər çəkən Laqodexi rayonunun bir sıra kəndlərinə humanitar yardım göndərib.
Bu barədə “Yeni Sabah”a Dövlət Komitəsindən məlumat verilib.
Fəlakətdən zərər çəkən Qabal, Gəncəli, Uzuntala, Qaracalar və başqa bir sıra kəndlərin sakinlərinə ADDF-in dəstəyi, “Qabal İnkişaf Mərkəzi”nin təşkilatçılığı ilə ərzaq məhsulları və digər zəruri ləvazimatlar paylanılıb. Sezar pizza
Mərkəzin rəhbəri Yavər Məmmədov humanitar yardımın 120 ailəyə, o cümlədən gürcü kəndlərinin sakinlərinə çatdırıldığını deyib.
“Bizim kəndlərimiz əsrlər boyu qonşuluq və mehriban şəraitdə yaşayıb. Təbii ki, ağır və çətin günlərdə belə bir-birimizə daim dayaq olmuşuq. Bu minvalla çıxışımı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözləri ilə bitirmək istərdim: “Azərbaycan və gürcü xalqları əsrlər boyu dostluq, mehriban qonşuluq, qardaşlıq şəraitində yaşayıblar. Bu ənənələr bu gün də yaşayır, bütün istiqamətlər üzrə uğurla inkişaf edir və bütün qonşular üçün nümunə ola bilər”,- deyə Yavər Məmmədov bildirib.
Laqodexi Bələdiyyəsinin Qabal ərazisi üzrə mer nümayəndəsi Ramiz Amirov göstərilən diqqət və qayğıya görə kənd sakinləri adından ADDF-ə təşəkkür edib.
Telegram kanalımız