Azərbaycan Gürcüstana yardım təklif etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Gürcüstana yardım təklif etdi

Rəsmi

14 Fevral 2022 15:14 708


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Gürcüstan xarici işlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.

Bu barədə Yenisabah.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazir Ceyhun Bayramov, dünən Gürcüstan ərazisində baş vermiş zəlzələ ilə bağlı gürcü həmkarından ölkədə mövcud olan vəziyyəti sorğu edib. Azərbaycanın, ehtiyac duyulduğu təqdirdə, hər zaman dost Gürcüstana yardım etməyə hazır olduğunu ifadə edib. pizza mizza

Nazir David Zalkaliani zəlzələnin ciddi fəsadlar doğurmadığını söyləyib və nümayiş etdirilən həmrəyliyə görə Azərbaycanlı həmkarına təşəkkürünü bildirib.

Nazirlər, inkişaf etməkdə olan ikitərəfli münasibətlərin aktual mövzularını, habelə regional məsələləri müzakirə ediblər.

Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşıdan gələn aylarda keçiriləcək tədbirlər üzrə fikir mübadiləsi aparıblar.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!