Azərbaycan hansı raket sistemləri var? - “Bəzi məlumatlar bayramlarda ictimailəşdirilir”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan hansı raket sistemləri var? - “Bəzi məlumatlar bayramlarda ictimailəşdirilir”

Siyasət

20 İyun 2025 12:47 1295


“Azərbaycanın müdafiəsi və təhlükəsizliyi ilə bağlı nə işlər lazımdırsa, görülüb və görülür. Hava hücumundan müdafiə sistemləri, o cümlədən hərbi hava qüvvələri daim yenilənir. Yeni-yeni silah-sursat arsenala daxil edilir”.

Bu sözləri "Yeni Sabah"a ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

O, İsrail-İran müharibəsi əsanasında qonşu ölkələrin öz cəbbəxanalarını hava hücumundan müdafiə sistemlərini yeniləməsi faktını şərh edib. Dördpendirli pizza

Ekspert bildirib ki, Azərbaycan öz iqtisadi imkanları çərçivəsində ölkənin müdafiəsini və təhlükəsizliyini təmin edə bilərək kifayət qədər cəbbəxanaya malikdir:

“Bu suala rəsmilər cavab versələr, daha yaxşı olar. 26 iyun Silahlı Qüvvələr Günüdür. Adətən, belə bayramlar öncəsi, yaxud bayram günü ölkənin müdafiə və təhlükəsizliyi ilə bağlı olan bəzi məlumatlar ictimailəşdirilir.

Azərbaycan öz iqtisadi imkanları çərçivəsində, ölkənin müdafiəsini və təhlükəsizliyini təmin edə bilərək kifayət qədər arsenala malikdir. Bu spesifik sahə olduğuna görə rəqəmlər açıqlanmır. Çünki 44 günlük müharibədə də bəzi silah-sursatla bağlı heç danışmırdıq. Ya onlardan istifadə edib, sonradan məlumat verirdik, yaxud ümumiyyətlə sususrduq. Bu da hər bir ölkənin öz yanaşmasıdır. Ümumən Azərbaycan son illərdə hərbi hava qüvvələri və hava hücumundan müdafiə sistemlərini yeniləyib”.

“Ground Technical Support” (GTS) şirkəti direktorunun birinci müavini, ehtiyatda olan polkovnik Əhəd Əzizov isə vurğulayıb ki, bu gün mövcud olan raketdən müdafiə sistemlərimiz Azərbaycanın hava məkanını qorumağa tam imkan verir:

“Orta və qısa mənzilli raket komplekslərimiz var. Uzaq mənzillilər isə təbii ki, yoxdur. Bu gün mövcud olan raketlər müdafiə sistemlərimiz Azərbaycanın hava məkanını qorumağa tam imkan verir. Azərbaycanın mövcud hava hücumundan müdafiə sistemləri həm təyyarələrə, həm də müxtəlif raketlərə qarşı tam dayanıqlıdır”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!