“Azərbaycan haqqında heç vaxt eşitməmişdim“   - Keysuke Honda

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan haqqında heç vaxt eşitməmişdim“ - Keysuke Honda

İdman

06 May 2021 12:53 1292


"Onu bilirdim ki, yoldaşlıq oyununda bu ölkənin yığması ilə üz-üzə gəlmişik. Amma oyunda baş verənləri xatırlamıram".

Yenisabah.az xəbər verir ki, bu etirafı "Neftçi"nin legioneri Keysuke Honda edib.

35 yaşlı yaponiyalı yarımmüdafiəçi daha əvvəl Azərbaycan haqqında heç vaxt eşitmədiyini diqqətə çatdırıb: Dördpendirli pizza

"Yaddaşım o qədər də yaxşı deyil. Ona görə, demək olar ki, heç nə yadımda qalmayıb. Hətta qol vurduğum görüşləri belə, unutmuşam.

Bakı şəhəri və buradakı mədəniyyət barədə məlumatım yox idi. Sadəcə, Bakının küləklər şəhəri olduğunu eşitmişdim.

Paytaxtınız xoşuma gəlir. Bu, mənim üçün yeni mədəniyyətdir. Buraya uyğunlaşmaq lazımdır və bu, məndə alınır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!