“Azərbaycan hərbçiləri Cermukda irəliləyib”   - Erməni mediası

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan hərbçiləri Cermukda irəliləyib” - Erməni mediası

Rəsmi

19 May 2021 11:58 1864


“Artıq bir neçə gündür ki, internetdə Azərbaycan silahlı qüvvələrinin Qarabağdakı mövqelərini inkişaf etdirdikləri, üstəlik bunu bir anda bir neçə istiqamətdə etməyə çalışdıqları, ancaq Karvaçarda (Kəlbəcərdə) bir neçə yüz metr irəlilədikləri barədə məlumatlar ortaya çıxıb”.

Yenisabah.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” qəzeti yazıb.

Erməni nəşri mövzunu inkişaf etdirərək əlavə edib: “Qarabağın rəsmi qurumları bu məlumatı təkzib etsə də, müxalifət nümayəndələri bunu təsdiqləyirlər. “Ədalət” partiyası fraksiyasının rəhbəri David Qalstyan bizimlə söhbətində məlumatın həqiqətə uyğun olduğunu söyləyib. “Mən də eşitdim ki, Karvaçar (Kəlbəcər) və Cermuk bölgələrində azərbaycanlılar son günlərdə sərhədləri dəqiqləşdirmək bəhanəsi ilə mövqelərini yaxşılaşdırıblar”. pizza

“Qarabağ prezidenti” Arayik Arutyunyan isə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyandan nümunə götürərək öz mövqelərini möhkəmləndirməklə məşğuldur. Qarabağda asfaltlama və küçələrin işıqlandırılması üzərində iş gedir”, – deyə “Hraparak” qəzeti qeyd edir


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!