Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimlərində iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan hərbçiləri Gürcüstanda NATO təlimlərində iştirak edəcək

Rəsmi

21 İyul 2021 14:00 942


 

Gürcüstanda beynəlxalq “Agile Spirit 2021” (“Çevik ruh”) hərbi təlimləri keçiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının saytında məlumat yerləşdirilib. Toyuqlu pizza

“Tədbirdə Gürcüstan və ABŞ-dan əlavə, NATO-nun 13 ölkəsi, həmçinin alyansın tərəfdaşı olan dövlətlər iştirak edəcək. Onların arasında Almaniya, Böyük Britaniya, Estoniya, Latviya, Litva, Polşa, Türkiyə, Ukrayna, Azərbaycan da var”, - deyə məlumatda bildirilir.

Təlimlərə ümumilikdə 2,5 mindən çox hərbi qulluqçu cəlb ediləcək.

İyulun 26-da start götürəcək təlimlər avqustun 6-dək davam edəcək.

Qeyd edək ki, “Agile Spirit” hərbi təlimləri Gürcüstanda 2011-ci ildən etibarən ABŞ və NATO ilə əməkdaşlıq çərçivəsində hər il keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!