Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək

Rəsmi

03 May 2024 16:02 1745


“Anatolian Phoenix - 2024” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyə Respublikasının Konya şəhərinə gediblər.

Yenisabah.az xəbər verir ki, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycanı Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edəcək.

Mayın 17-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Su-25 hücum təyarəsi də iştirak edəcək. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!