Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı İtaliyada səfərdədir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı İtaliyada səfərdədir

Maraqlı

05 İyun 2023 19:12 852


Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov İtaliya Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendinonun dəvəti ilə bu ölkəyə səfər edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

La Spezia Hərbi Dəniz Bazasında keçirilən 8-ci “Seafuture 2023” Beynəlxalq Dəniz Müdafiəsi sərgisinin açılış mərasimində iştirak edən vitse-admiral S.Bəkirov İtaliya Respublikasının müdafiə naziri Guido Crosetto ilə görüşüb, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar. Marqarita pizza

Qeyd edək ki, Beynəlxalq Dəniz Müdafiəsi sərgisi 25 ölkənin HDQ komandanı, 36 ölkənin nümayəndə heyəti və müxtəlif aparıcı müdafiə sənayesi şirkətlərinin rəhbərlərinin iştirakı ilə keçirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!