Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan hərbi dənizçiləri beynəlxalq təlimdə iştirak etdi

Rəsmi

06 Avqust 2021 19:41 838


Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Qara dənizdə keçirilən "Minalara qarşı əks tədbirlər - Dalğıc hazırlığı" kursunda iştirak edib.

Müdafiə Nazirliyindən Yenisabah.az-a bildirilib ki, müxtəlif ölkələrin hərbi dənizçilərinin də iştirak etdiyi kursda minalara qarşı mübarizə üsulları, dənizdə antiterror əməliyyatları və infrastrukturun mühafizəsi mövzularında brifinqlər təqdim olunub və təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, hər il keçirilən bu kursun əsas məqsədi regional və qeyri-regional tərəfdaşlar arasında, eləcə də NATO ilə münasibətlərin qurulması və qarşılıqlı uzlaşmanın təkmilləşdirilməsidir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!