Azərbaycan Hərbi Hava Qüvvələri təlimlərə başladı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Hərbi Hava Qüvvələri təlimlərə başladı

Maraqlı

30 Mart 2023 11:46 800


Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri 2023-cü ilin hazırlıq planına uyğun olaraq təlim-məşq uçuşlarını icra edir.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Uçuşlardan öncə hərbi pilotlar ən müasir trenajorlarda uçuş vərdişlərini məşq etdirir, eləcə də heyətə təhlükəsizlik qaydaları çatdırılır, daha sonra praktiki uçuşlar həyata keçirilir. Sezar pizza

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən məşqlərdə aviasiya vasitələrinin uçuşları müəyyən edilmiş marşrutlar üzrə yerinə yetirilir.

Qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək peşəkarlıqla icra olunur.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!