Azərbaycan hökuməti Feysbukun məlumatlarından istifadə edə bilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan hökuməti Feysbukun məlumatlarından istifadə edə bilər

Sosial

02 İyul 2019 19:05 915


“Təklif olunur ki, statistik məlumatların hazırlanmasında sosial şəbəkələrin məlumatlarından istifadə edilsin”.

“Yeni Sabah” “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

T.Budaqovun sözlərinə görə, alternativ statistikanın yaranması üçün iş gedir: “Burada həmçinin alternativ mənbələr, mobil operatorların məlumatlarından, kosmik peyklərin çəkilişlərindən və s. istifadəsi də təklif edilir. Bu, yeni yanaşmadır, amma heç bir ölkənin statistika qurumu hələlik bundan istifadə etməyib. Amma ilkin araşdırmalar aparılıb.  pizza

Bildiyiniz kimi bizim artıq 3 peykimiz var. Prezident İlham Əliyev “2018–2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair” Dövlət Proqramını təsdiq etdi. Onun da müddəalarından biri bizim peyklərin imkanlarından istifadə etməklə statistik məlumatların hazırlanması ilə bağlıdır. Xüsusən də kənd təsərrüfatı və daşınmaz əmlak sahələrində bizim peyklərimizin imkanlarından istifadə mümkündür”.

T.Budaqov deyib ki, daha çox statistik məlumat üçün daha çox vəsait və kadr cəlb olunmalıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!