“Azərbaycan “İbrahim Sazişləri”nə qoşulacaq” - ABŞ Senatındn mesaj

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan “İbrahim Sazişləri”nə qoşulacaq” - ABŞ Senatındn mesaj

Dünya

15 İyul 2025 22:30 619


Azərbaycan yaxın zamanda “İbrahim Sazişləri”nə (ərəb ölkələrinin İsraillə münasibətlərinin normallaşdırılması haqqında sazişlərə) qoşulması geosiyasi mənzərəni dəyişəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə bildirib.

"Azərbaycan təkcə Birləşmiş Ştatlarla yaxınlaşmağa deyil, eləcə də Ermənistan və İsraillə sazişlər bağlamağa (İbrahim sazişlərinə qoşulmaq - red.) çalışır. Bu, nəinki Amerika biznesi üçün geniş kommersiya imkanları açacaq, həm də geosiyasi mənzərəni dəyişəcək", - o vurğulayıb. pizza

Dinləmələrdə Uoltsun ABŞ-nin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyinə baxılıb. O, əvvəllər Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri olub, lakin husilərə zərbələrlə bağlı gizli planların müzakirəsi ilə bağlı qalmaqaldan sonra vəzifəsindən uzaqlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!