Azərbaycan idmançılarının iyul ayı üçün reytinq cədvəli açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan idmançılarının iyul ayı üçün reytinq cədvəli açıqlandı

İdman

02 İyul 2024 20:51 779


Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin iyul ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Qurumdan Yenisabah.az-a verilən məlumata görə, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) birinci pillədə qərarlaşıb.

Cüdoçu Hidayət Heydərov (450 xal) ikinci, idman gimnastı Nikita Simonov (430 xal) isə üçüncüdür. Dominos pizza

Bədii gimnast Zöhrə Ağamirova (340 xal), cüdoçular Zelim Kotsoyev (330 xal), Rəşid Məmmədəliyev (295 xal), Yaşar Nəcəfov (290 xal), Balabəy Ağayev (290 xal), Elcan Hacıyev (290 xal) növbəti sıralarda yer alıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!