Azərbaycan idmançısı Asiman Qurbanlı (+84 kq) Portuqaliyanın paytaxtı Lissabonda Karate1 Premyer Liqa turnirinin finalına çıxıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Karate Federasiyası məlumat yayıb.
Məlumata görə, bir-birinin ardınca Rumıniya, İsrail, Ukrayna və Almaniyalı idmançıları məğlub edən karateçimizin qızıl medal uğrunda həlledici görüşdə rəqibi Gürcüstan təmsilçisi olacaq. pizza mizza
Bazar günü mükafatlar uğrunda yarışlarda kata milli komandası bürünc medal görüşünə çıxacaq. Nüfuzlu turnir idmançılara Tokio Olimpiadasında iştirak etmək üçün xüsusi reytinq xalları da qazandırır.
Telegram kanalımız