Azərbaycan idmançısının Kiyevdə məşq etdiyi baza bombalandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan idmançısının Kiyevdə məşq etdiyi baza bombalandı

Maraqlı

04 Mart 2022 14:42 1383


Azərbaycan millisinin çəkicatma növündə çıxış edən atleti Anna Skidanın Ukraynanın paytaxtı Kiyevdə məşq etdiyi baza bombalanıb. 

Bu barədə "Report"a Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Məhərrəm Sultanzadə məlumat verib.

Federasiya rəsmisi məşq mərkəzinin yaxınlıqdakı hərbi aeroportla birlikdə dağıdıldığını söyləyib: "Hazırda orada bütün məşqlər dayandırılıb. Anna Skidan və məşqçisi ilə hər gün əlaqə saxlayırıq. Bizə paytaxtda vəziyyətin yaxşı olmadığını bildirdilər. Skidan Kiyevdə evindədir və durumu normaldır". pizza hut

Qeyd edək ki, Anna Skidan Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 30 yaşlı idmançı Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni təsnifat mərhələsində dayandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!