Türkiyə millisinin futbolçusu Kenan Karaman Avro-2020 ilə bağlı “Anadolu Agentliyi”nə müsahibə verib.
"Yeni Sabah" xəbər verir ki, “Fortuna”nın (Almaniya) 25 yaşlı hücumçusu 2 oyunu Bakı Olimpiya Stadionunda keçirməyin Türkiyə üçün üstünlük olduğunu bildirib: “Digər rəqiblərimiz də güclüdür, hamısına hörmətlə yanaşmaq lazımdır. Bakıda oynamağımız türk xalqı üçün çox gözəl hadisədir. Ora bizim ikinci evimiz kimidir. Çoxlu sayda azarkeşimiz olacaq. Bu, bizə əlavə motivasiya verə bilər. Ona görə də qrupu çox pozitiv görürəm. Yaxşı qrupa düşmüşük. Açılış matçını oynamağımız da gözəl bir şeydir. Bütün turnirlərdə yaxşı çıxış edən İtaliya ilə qarşılaşacağıq. Amma açılış matçında hər şey ola bilər”.
Qeyd edək ki, Türkiyə iyunun 17-də Uels, 21-də isə İsveçrə ilə qarşılaşacaq. Hər iki matç paytaxtımızda keçiriləcək. pizza sifarişi
Telegram kanalımız