Azərbaycan ilə Rusiya arasında uçuşlar bu tarixdən bərpa olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ilə Rusiya arasında uçuşlar bu tarixdən bərpa olunacaq

Siyasət

08 İyun 2020 12:13 825


Rusiya koronavirus pandemiyası fonunda tətbiq edilən məhdudiyyətlər səbəbi ilə dayandırılan beynəlxalq hava rabitəsini ilk olaraq 8 MDB ölkəsi, o cümlədən Azərbaycan ilə iyulun 15-də bərpa edəcək.

Yenisabah.az “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.

Bildirilib ki, bundan sonra avqustun 1-dən etibarən Avropa, Yaxın Şərq və Cənub-Şərqi Asiyanın 7 ölkəsinə uçuşlar bərpa ediləcək. Həmçinin payızdan Gürcüstan və Misirə reyslərin bərpası ehtimalı da müzakirə olunur. pizza sifarişi

Qeyd edək ki, Rusiya martın 27-dən koronavirus pandemiyası səbəbiylə digər ölkələrlə müntəzəm və çarter reyslərini dayandırıb. Rusiyalıların xaricdən qayıtması üçün təşkil edilən uçuşlar və hökumət adından edilən müəyyən uçuşlar istisna təşkil edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!