Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında təmsil olunacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatında təmsil olunacaq

İdman

24 Sentyabr 2021 21:14 1009


Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İspaniyanın Huelva şəhərində keçiriləcək dünya çempionatında iştirak edəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Badminton Federasiyası məlumat yayıb.

Bildirilib ki, “TotalEnergies BWF World Championships 2021”ə vəsiqə qazanmış badmintonçuların siyahısında 23 yaşlı idmançının da adı var. Marqarita pizza

Dviçayo kişi badmintonçuların şəxsi yarışında 64 idmançı arasında 45-ci olaraq dünya çempionatına lisenziya əldə edib. O, Azərbaycanı nüfuzlu yarışda təmsil edən ilk badmintoçu olacaq.

Qeyd edək ki, dünya çempionatı bu il 12 - 19 dekabrda təşkil ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!