Azərbaycan ilk dəfədir bu konfransa qatılır

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ilk dəfədir bu konfransa qatılır

Sosial

15 İyul 2019 09:05 1180


Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  Amerika Birləşmiş Ştatlarına (ABŞ) gedib.

Komitədən “Yeni Sabah”a daxil olan məlumata görə, o, 16-18 iyul tarixlərində Vaşinqton şəhərində keçiriləcək Din Azadlığının İrəlilədilməsi üzrə 2-ci Nazirlər Konfransında iştirak edəcək.

M.Qurbanlının ABŞ səfəri iyulun 21-dək davam edəcək.

Sözügedən tədbirdə M.Qurbanlının rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin iştirakı, eləcə də konfrans çərçivəsində “Azərbaycan – dini tolerantlıq modeli” mövzusuna həsr olunan dəyirmi masanın təşkili planlaşdırılır.

ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeonun da iştirak edəcəyi konfransa 100-dən artıq ölkə və 10-dan çox beynəlxalq təşkilatdan təmsilçilər, hökumət nümayəndələri, nazirlər, vətəndaş cəmiyyəti üzvləri, nüfuzlu din xadimləri və dini liderlər qatılacaqlar.

Qeyd edək ki, sayca ikincisi keçiriləcək konfransda Azərbaycan ilk dəfədir iştirak edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!