Azərbaycan-İran birgə hərbi təlimləri keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-İran birgə hərbi təlimləri keçiriləcək

Maraqlı

04 Oktyabr 2022 12:16 1186


Azərbaycanın müdafiə naziri Zakir Həsənov və İran iSilahlı Qüvvələrin Baş Qərargah rəisi Məhəmməd Baqeri arasında telefon danışığının təfərrüatları açıqlanıb.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, tərəflər Azərbaycan və Ermənistan arasında münaqişənin sülh yolu ilə həllinin zəruriliyini vurğulayıblar. Bu çağırışda hər iki tərəf gərginliyin azaldılması üçün danışıqların davam etdirilməsinin vacibliyini qeyd edib.

Azərbaycanın müdafiə naziri bildirib: "Bizim Ermənistan ərazisinə heç bir iddiamız və Ermənistan ərazisini ələ keçirmək üçün hərbi əməliyyatlar keçirmək niyyətimiz yoxdur". pizza mizza

Həmçinin, söhbət əsnasında nazir və Baş Qərargah rəisi İran və Azərbaycanın Birgə Hərbi Komissiyasının razılaşmalarının həyata keçirilməsi zərurəti fikrini təkrarlayıblar.

Bundan başqa, iki ölkənin sərhədlərində birgə və ya koordinasiyalı təlimin keçirilməsi üçün hazırlıqlar elan edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!