Azərbaycan-İran sərhədində Ağbənd körpüsünün tikintisinə başlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-İran sərhədində Ağbənd körpüsünün tikintisinə başlanılıb

Rəsmi

21 Sentyabr 2022 19:30 1157


Bu gün Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və İranın yollar və abadlıq naziri Rüstəm Qasıminin iştirakı ilə Zəngilan rayonunun Ağbənd kəndi yaxınlığında Araz çayı üzərində avtomobil körpüsünün təməlqoyma mərasimi keçirilib.

Layihə Şərq-Qərb nəqliyyat dəhlizinin potensialının artırılmasına və regionda iqtisadi əlaqələrin genişləndirilməsinə yönəlib.

2020-ci ildə 44 günlük müharibədən sonra Azərbaycan erməni işğalından azad edilmiş ərazilərini bərpa edir. Marqarita pizza

Bu işlərin bir hissəsi Zəngəzur dəhlizi layihəsinin tərkib hissəsi sayılan Horadiz-Ağbənd avtomobil yolunun və  eyni marşrut üzrə dəmir yolunun tikintisidir.

2022-ci ilin martında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən kommunikasiyarın yaradılması haqqında Azərbaycan-İran memorandumu imzalanıb.

Ağbənd yaxınlığında uzunluğu 216 metr, eni 24,5 metr olan 4 zolaqlı yeni körpü Azərbaycan və İranın avtomobil yollarını birləşdirəcək. Bu, Azərbaycanın cənub-qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına yol əlaqəsini təmin edəcək.

Körpünün buraxılış gücü hər iki istiqamətdə 500 yük maşını olacaq. Körpünün üzərində piyada keçidi də olacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!