Azərbaycan-İran sərhədində insident - 53 kq narkotikin qarşısı alındı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-İran sərhədində insident - 53 kq narkotikin qarşısı alındı

Hadisə

30 Oktyabr 2023 14:37 1197


Oktyabr ayının 28-də saat 21:43-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. 

Dövlət Sərhəd Xidmətindən Yenisabah.az-a verilən xəbərə görə, keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ərazidə gizlədilmiş ümumi çəkisi 52 kiloqram 875 qram narkotik vasitə və 9980 ədəd Metadon M-40 psixotrop tərkibli həb aşkar olunaraq götürülüb. 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.  Pepperoni pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!