“Azərbaycan istədiyini güc yolu ilə əldə edəcək” - Abramyan

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan istədiyini güc yolu ilə əldə edəcək” - Abramyan

Rəsmi

19 Noyabr 2021 23:07 1380


Ermənistan hakimiyyəti müxtəlif manipulyasiyalarla "ərazi itkiləri" məsələsini ikinci və üçüncü plana daşımağa çalışır.

Yenisabah.az xəbər verir ki, bunu “Mənim şərəfim” blokundan deputat Tiqran Abramyan parlamentdə bildirib.

Abramyanın sözlərinə görə, baş nazir Nikol Paşinyan Rusiya Müdafiə Nazirliyinin demarkasiya prosesinə hazırlığa başlamaq təklifini səsləndirməklə Ermənistan-Rusiya münasibətlərinin uyğunlaşdırılmasının getdiyi görüntüsünü yaradır. O bildirib ki, əslində problem həll olunmayıb və Azərbaycan hərbçilərinin hərbi əməliyyatların bərpası riskləri davam edir: Marqarita pizza

"2-3 ildən sonra Azərbaycanın heç bir delimitasiya və demarkasiyaya ehtiyacı olmayacaq, çünki o, istədiyini güc yolu ilə əldə edəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!