Azərbaycan - İsveç oyununa satılan biletlərin   SAYI 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan - İsveç oyununa satılan biletlərin SAYI 

İdman

15 Noyabr 2023 13:38 810


AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan – İsveç oyunu üçün satılan bilet sayı açıqlanıb. 

AFFA-nın mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, bu günə qədər 3120 azarkeş bilet əldə edib. 

Qiymətlər 3-cü kateqoriya üçün 5, 2-ci kateqoriyaya 10, 1-ci kateqoriyaya 15 manat təşkil edir. VİP biletlər isə 30, 50 və 200 manatdır.  Pepperoni pizza

Azarkeşlər Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti, Nizami küç.), 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi və 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzindən bilet ala bilərlər. 

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!