Azərbaycan - İsveç oyununu qadın hakim idarə edəcək 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan - İsveç oyununu qadın hakim idarə edəcək 

İdman

13 Noyabr 2023 15:40 856


Azərbaycan millisinin Avro-2024-ün seçmə mərhələsində İsveçlə keçirəcəyi oyun üçün hakim təyinatları açıqlanıb. 

Yenisabah.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü qadın hakim idarə edəcək. Matç isveçrəli Ester Ştaubliyə tapşırılıb. 

Ona yan xətt hakimləri qismində Yonas Erni və Syuzanna Kyunq köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Mirel Turkes yerinə yetirəcək. Lukaş Fandrix VAR, Layonel Çudi isə AVAR olacaq.  pizza mizza

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç oyunu saat 21:00-da başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!