Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarıldı

İdman

25 Oktyabr 2023 15:43 570


AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan - İsveç oyununun biletləri satışa çıxarılıb. 

Yenisabah.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər 5, 10, 15, 30 (VİP), 50 (VİP) və 200 (VİP) manatdır. 

Azarkeşlər biletləri Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayının kassası, Köşk No1, Köşk No2, 1 Saylı ASAN xidmət mərkəzi, 2 Saylı ASAN xidmət mərkəzi, 3 Saylı ASAN xidmət mərkəzi, 4 Saylı ASAN xidmət mərkəzi, 1 Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzi və “iticket.az” satış məntəqələrindən əldə edə bilərlər.  pizza mizza

Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq Azərbaycan - İsveç görüşü saat 21:00-da start götürəcək. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!